Mafiya

Mafiya — Terror yolu ilə məqsədini həyata keçirən gizli təşkilat və ya cəmiyyət. Bir qrup tədqiqatçılar mafiyanın tarixini daha qədimlərə aid eləyirlər. Onların iddiasına görə, mafiya ərəblərin Siciliyanı işğalları zamanı yaranıb, özü də ərəb kəlməsi «maf(f)ja» - “qurtuluş yeri” sözündən götürülüb. Guya həmin dövrdə siciliyalılar milli dəyərlərin təbliği üçün gizli təşkilat yaradıblar ki, bu təşkilat da zadəgan Siciliya ailələri tərəfindən himayə olunurmuş. Sonradan ada vikinqlər, ardından ispanlar tərəfindən işğal olunanda yerli əhali qula çevrilməkdən qaçmaqdan ötrü vadilər arasındakı dayaq məntəqələrində – mafiyalarda gizlənirlər. Yeri gəlmişkən, xatırladaq ki, Mario Pyüzonun məşhur “Xaç atası” romanında da siciliyalı mafiozlar sözün mənasını məhz bu cür qəbul edirlər, yəni “qurtuluş” kimi. Diqqət etdinizsə, mafiyanın yaranma tarixiylə bağlı fərziyyələrin hamısı Siciliya ilə bağlıdır. Hamı havayı yerə Siciliya mafiyasından danışmır ki... Bu mənada Siciliya mafiyası üzvlərinin özlərinin bu tarixə olan münasibətini yazmamaq mafiyaya qarşı çıxmaq kimi bir şey olar. Onu deməklə kifayətlənək ki, Siciliya mafiozları özlərini əsası 1185-ci ildə müqəddəs Fransiska di Paolo tərəfindən qoyulmuş təriqətin davamçıları hesab edirlər.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Powered by Karmy dla zwierząt